Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Ukraynada akademik Zərifə Əliyeva adına Elmi-Tibbi Kitabxananın təqdimatı olub

 

Ukraynanın paytaxtı Kiyev şəhərində akademik Zərifə Əliyeva adına Elmi-Tibbi Kitabxananın təqdimatı olub.

Kitabxananın yaradılmasının təşəbbüsçüsü və təsisçisi Kiyevdə fəaliyyət göstərən akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzdir.

Akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin rəhbəri, əslən azərbaycanlı, tibb elmləri doktoru, professor Aydın Salmanov AzərTAc-a müsahibəsində deyib ki, kitabxanada Azərbaycan alimlərinin elmi əsərləri geniş təqdim olunacaq. Bu, oxucuların tibb sahəsində Azərbaycan alimlərinin Ukrayna, ingilis, rus dillərində, eləcə də başqa dillərdə nəşr edilmiş elmi tədqiqatları ilə tanış olmasına imkan verəcəkdir.

Kitabxana Azərbaycan alimlərinin tibb üzrə xarici ölkələrdə yaratdıqları ilk elmi ədəbiyyat depozitarisi olacaqdır. Onun fəaliyyəti informasiya resurslarının formalaşdırılmasına və qorunub saxlanmasına, alimlərin, tələbələrin, aspirantların və tibb üzrə mütəxəssislərin kitabxana-biblioqrafiya və informasiya təminatına, tibb sahəsində elmi tədqiqatların və araşdırmaların həyata keçirilməsinə kömək göstərilməsinə yönəldilib.

Professor Aydın Salmanovun sözlərinə görə, hazırda kitabxana fondunda 1000-dən çox sənəd toplanıb və onların sayı daim artırılacaq.

Kitabxananın fondundakı sənədlərdən istifadə elektron kataloq vasitəsilə həyata keçirilir. Yaxın vaxtlarda internet şəbəkəsində akademik Zərifə Əliyeva adına Beynəlxalq Elmi-Tibbi Mərkəzin saytında elektron kataloqa giriş imkanı yaradılacaq.

Bundan başqa, telekommunikasiya rabitə vasitələrinin köməyi ilə Azərbaycan, Ukrayna və beynəlxalq informasiya ehtiyatlarından yararlanmaq da mümkün olacaq. Həmçinin istifadəçilərə kitabxanalararası abonement, sənədləri elektron çatdırma xidməti və virtual məlumat bölməsi xidmət göstərəcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov