Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Çində təşkil olunmuş yay məktəbinin azərbaycanlı iştirakçılarına sertifikatlar təqdim edilib

 

Böyütmək üçün şəkili seçin Çinin Anxoy vilayətinin Xefey şəhərində Konfutsi İnstitutunun təşkilatçılığı ilə bu ölkənin mədəniyyətinə həsr olunmuş yay məktəbinin başa çatması ilə əlaqədar mərasim keçirilib.

AzərTAc xəbər verir ki, Anxoy Universitetində təşkil olunmuş tədbirdə yay məktəbində uğurla iştirak etmiş azərbaycanlı gənclərə sertifikatlar təqdim olunub.

Konfutsi İnstitutunun Azərbaycan filialının rəhbəri xanım Hu Fenxua yay məktəbinin əhəmiyyətini yüksək qiymətləndirib, ölkələrimiz arasındakı dostluq münasibətindən danışıb. Bildirib ki, Azərbaycanda Çin dilinə böyük maraq var. Bunun nəticəsidir ki, bir qrup gənc Çinə səfər edib. Onlar burada tarixi məkanlara baş çəkib, bu ölkənin incəsənəti və mədəniyyəti ilə tanış olublar. Azərbaycanlı gənclər, həmçinin mütəmadi olaraq Çin dili kursunda iştirak ediblər.

Builki yay məktəbinin Konfutsi İnstitutunun yaranmasının 10 illiyinə həsr olunduğunu diqqətə çatdıran Hu Fenxua Çin dilini öyrənən gənclərin bu ölkəyə səfərinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, səfər çərçivəsində onlar yerli ali təhsil müəssisələri ilə tanış olub və digər məkanlara ekskursiyalar ediblər.

Bakı Dövlət Universitetinin tələbəsi Sənan Qasımzadə Çin dili üzrə təhsil aldığını və həmişə bu ölkəyə səfər etmək arzusunda olduğunu diqqətə çatdırıb. O deyib: Çində gördüklərim məni heyran etdi. Bu ölkənin ecazkar təbiəti və qonaqpərvər əhalisi mənim yaddaşımdan heç bir zaman silinməyəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Afət Mehdiyeva yay məktəbini uğurla başa vurduğu üçün xoşbəxt olduğunu bildirib. Vurğulayıb ki, hüquq ixtisası üzrə təhsil alsam da, Çin dilinə həmişə böyük marağım olub. Konfutsi İnstitutunun təşkil etdiyi Çin dili kurslarına qatılaraq bu dilin sirlərini öyrənirəm.

Qeyd edək ki, yay məktəbinin sertifikatını alanlar arasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin müxbirləri Səxavət Quliyev və Pərvanə Rəhimova da vardır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov