Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Aqrar Universitetinin tələbələri istehsalat təcrübəsi keçirlər

 

"Gilan Holding" MMC-nin aqrar məsələlər üzrə məsləhətçisi Roman Frofimov şirkətin bir qrup nümayəndəsi ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetində olub.  Əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüşdə universitetin rektoru İbrahim Cəfərov çıxış edərək əlaqələrin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb. Universitet tələbələrinin istehsalat təcrübələrini "Gilan Holding"in müəssisələrində keçmələrinin müsbət nəticələr verdiyini diqqətə çatdıran rektor bunun məzunların işlə təminatında da böyük əhəmiyyəti olduğunu qeyd edib.

Görüşdə şirkətin layihələrinin həyata keçirilməsində universitet alimlərinin təcrübəsindən istifadə olunması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov