Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Bölgələrdə yeni məktəb binaları istifadəyə veriləcək

 

QOBUSTAN. Rayon təhsil şöbəsindən aldığımız məlumatda qeyd edilib ki, Çuxanlı kənd tam orta məktəbi üçün inşa edilən yeni tədris  ocağında son tamamlama işləri aparılır. Yeni məktəb  binası ikimərtəbəli, 180 şagird  yerlikdir. Dövlət vəsaiti  hesabına tikilən bu binada idman və  iclas  zalları, laboratoriyalar, tədrisin yüksək səviyyədə aparılması üçün lazımi şərait olacaq. Çuxanlı  kənd məktəbi  qarşıdakı dərs ilini yeni binada  qarşılayacaq.

DAŞKƏSƏN. Daşkəsənin Kəmərqaya, Astaf, Əhmədli, Xoşbulaq kəndlərində, eləcə də Alunitdağ qəsəbə orta məktəblərində əsaslı təmir işləri aparılır.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, təmir işləri yeni dərs ilinədək başa çatdırılacaq və şagirdlər "Bilik günü"nü yeni və müasir tədris ocaqlarında qarşılayacaqlar.

QUBA. Rayon təhsil şöbəsindən  verilən məlumatda deyilir ki, dövlət hesabına  Afurca kəndində  120, Qımılqışlaq kəndində isə 240 şagird yerlik yeni tam orta  məktəb binaları inşa olunur. Burada  tədrisin yüksək səviyyədə  təşkili üçün bütün lazımi şərait yaradılacaq. Hər iki məktəb yeni dərs ilində istifadəyə veriləcək.

GÖYÇAY. Rayonda orta məktəblər üçün yeni binaların inşası və mövcud binaların əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülür.

RTŞ-dən verilən məlumata görə, dövlət vəsaiti hesabına hazırda rayonun Müskürlü kəndində 180, Qəbələ-Müskürlü kəndində isə 80 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir. Hər iki məktəbin inşasına bu ilin yanvarında başlanılıb, hazırda binaların daxilində və fasad hissəsində işlər görülür. Hər iki təhsil ocağının növbəti dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.

Bundan əlavə, rayonun Alıkənd kəndində tikiləcək 80 şagird yerlik yeni məktəb binasının layihə-smeta sənədləri hazırlanıb və yaxın vaxtlarda inşaat işlərinə başlanılacaq.

Qeyd edək ki, ötən il rayonun Ulaşlı-Şıxlı kəndində 220, Şəkili kəndində 80 şagird yerlik yeni məktəb binaları və Göyçay şəhər 1 nömrəli uşaq bağçasının yeni binası istifadəyə verilib.

Son illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçayda 12 yeni məktəb binası tikilib, 9 təhsil ocağı isə əsaslı şəkildə yenidən qurulub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov