Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Qubada gənc istedadların əl işlərindən ibarət sərgi açılıb

 

Quba Gənclər Mərkəzində gənc istedadların əl işlərindən ibarət "Həyatını rəngləndir" adlı sərgi açılıb. Burada 50 gəncin 114 rəsm əsəri, 27 keramika nümunəsi və 20-dən artıq müxtəlif toxuculuq nümunələri nümayiş etdirilib. Sərgidə əsas məqsəd istedadlı gənclərin əl işlərini geniş ictimaiyyətə tanıtmaq və onları peşəkar fəaliyyətə həvəsləndirmək olub. 

Gənc rəssam Sadıq Məmmədov çıxış edərək qubalı gənclər İbrahim Orucov, Rəhman Əliyev və başqalarının əl işlərinin Çexiya, İsveç kimi Avropa ölkələrində keçirilən müsabiqələrdə uğur qazandığını diqqətə çatdırıb.

Tədbirdən sonra iştirakçılar sərgi ilə tanış olublar.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov