Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Avqust 2014 - №29

 

Cüdoçularımız daha bir qızıl, bir bürünc medal qazanıblar

 

Bu günlərdə  Rusiyanın Tümen şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Cüdo Federasiyasından aldığımız məlumata görə, 40 ölkədən 330 cüdoçunun iştirak etdiyi yarışda komandamız 14 idmançı ilə mübarizə aparıb.

Turnirin ilk günündə cüdo üzrə yığma komandamız bürünc medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev ilk görüşdə qazaxıstanlı Qusman Kirqizbayevə qalib gəlsə də, 1/4 finalda Rusiya cüdoçusu Robert Mşvidabadzeyə məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görüşə çıxan cüdoçumuz əvvəlcə özbəkistanlı Şərafəddin Lütfullayevi, sonra isə Rusiya təmsilçisi Savvi Karakizidini məğlub edərək bürünc medala sahib çıxıb. Turnirin son günündə isə təmsilçimiz Elmar Qasımov (100 kq) komandamıza qızıl medal qazandırıb.

Finala qədər inamla irəliləyən cüdoçumuz qızıl medal uğrunda yarışda Kanada idmançısı Kayl Reyes ilə qarşılaşıb. Həlledici mərhələdə kanadalı rəqibindən üstün olan Elmar Qasımov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq ölkəmizi layiqli təmsil edib. Ümumilikdə bir qızıl və bir bürünc medal qazanan yığma komandamız bu nəticə ilə beşinci yeri tutub. 

 Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov