Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 

Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbədə uşaq bağçası və 135 nömrəli tam orta məktəblə tanış olub

 

Böyütmək üçün şəkili seçinAvqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev Ağdam və Bərdə rayonlarına səfər edib.

Prezident İlham Əliyev Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

Dövlət başçısı qəsəbənin uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı.

Prezident İlham Əliyev yeni qəsəbədə çövgan oyununu izlədi.

Dövlət başçısı qəsəbədəki 135 nömrəli tam orta məktəbdə də oldu.

Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib.

Yeni qəsəbə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Böyütmək üçün şəkili seçinDövlətimizin başçısı görüşdə çıxış etdi.

Görüşdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri və incəsənət xadimləri göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.  

AzərTAc 

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov