Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqsut 2014 - №30

 

"Şahinlər" yay istirahət düşərgəsinə yola salınıblar

 

 Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman Səbail Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub. Rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə olunan, ümumilikdə 250-dən çox yeniyetmə Quba şəhərinin ən mənzərəli yerində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət düşərgəsinə yola salınıblar. Yolasalma mərasimi Daxili Qoşunların hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himninin  səslənməsi ilə başlanıb."Sahil bağı"nda təşkil olunan  mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə Prezidenti cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan söz açıb. Bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışan natiq  uşaqlara şən və yaddaqalan istirahət arzulayıb.  Qeyd edilib ki, yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində növbəti belə tədbir avqust ayının 18-dən Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə  Qusar rayonunda da təşkil olunacaq. Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq bir gün əvvəl istirahətə göndərilən uşaqlar və onların valideynlərinə orada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə ətraflı məlumat verilib. 

Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup da düşərgəyə təhkim olunub. Onlar burada aparılacaq hərbi hazırlıq, təlim-tərbiyə işlərində yaxından iştirak edəcəklər.

Yola düşməzdən əvvəl gənc "şahinlər" ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə təzə-tər çiçək dəstələri qoyublar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov