Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqsut 2014 - №31

 

Tur-aksiyanın iştirakçıları qədim Şəkidə

 

Böyütmək üçün şəkili seçin Dövlətimizin başçısının tapşırıq və tövsiyəsi ilə avqustun əvvəlində başlanılan, gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük təsir göstərən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edən Qobustan və Hacıqabul rayonlarının məktəbliləri respublikamızın şimal-qərb bölgəsinə səfər proqramına uyğun olaraq avqustun 11-də qədim Şəki diyarında olublar.

Tur-aksiyanın iştirakçılarını  Heydər Əliyev Mərkəzinin qarşısında şəhər icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri səmimiyyətlə qarşılayıblar.

Bir gün əvvəl başlanan səfər çərçivəsində artıq İsmayıllı və Qəbələ rayonlarının qədim tarixi məkanları, görməli yerləri ilə yaxından tanış olmaq imkanı əldə edən məktəblilər çox şən olublar. 

Məktəblilərə ipəkçilik diyarı kimi tanınan qədim Şəkinin tarixi, mədəniyyəti, memarlıq abidələri barədə qısa məlumat verilib. Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur.

Tur-aksiyanın  iştirakçılarına son illərdə Şəkinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlardan bəhs edən kitabçalar da hədiyyə olunub.

Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qrup rəhbərləri bu layihənin məktəblilərin dünyagörüşlərinin daha da zənginləşməsinə, ölkə gənclərinin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfə olduğunu diqqətə çatdırıblar.

Olimpiya İdman Kompleksinin otel və kotteclərində yerləşən məktəblilər  Şəkinin qədim tarixi məkanlarına ekskursiya edib, muzeylərə baş çəkib və şəhərin görməli yerləri ilə yaxından  tanış olublar. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov