Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqsut 2014 - №31

 

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva birinci kurs tələbələrini səyyar seminara dəvət edir

 

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) səyyar seminarda iştirak üçün müsabiqə elan edir.

RAGB-nin idarə heyətindən bildiriblər ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva Rusiya Federasiyasının ali təhsil müəssisələrinə daxil olmaq üçün qəbul sınaqlarından uğurla çıxmış bütün birinci kurs tələbələrini təbrik edir və onları RAGB-nin birinci kurs tələbələri üçün keçirilən ilk səyyar seminara dəvət edir.

Tədbir sentyabrın 20-21-də Kaluqa vilayətinin "Etnomir" Mədəniyyət və Təhsil Mərkəzində keçiriləcəkdir. Seminar iştirakçıları RAGB-nin fəaliyyəti ilə tanış olmaqla bərabər, bu qeyri-formal qurumun mütəxəssislərinin rəhbərliyi ilə xüsusi treninqlərdə iştirak edəcəklər. Seminarın sonunda tələbələri RAGB-yə üzv seçmək nəzərdə tutulur.

Seminara Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə tanışlığa maraq göstərən və öz yaradıcılıq potensialını üzə çıxarmaq istəyən hər kəs dəvət olunur.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov