Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqsut 2014 - №31

 

ATU ilə "British University of Nicosia" arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb

 

Azərbaycan Tibb Universitetində Şimali Kiprdən olan qonaqlarla görüş keçirilib.

Universitetdən bildiriblər ki, Şimali Kiprin "British University of Nicosia"nın rektoru, professor Cem Birol və doktor Ersan Berkselin iştirak etdikləri görüşdə ATU-nun ümumi işlər üzrə prorektoru Natiq Əliyev təhsil müəssisəsinin fəaliyyəti, klinikaları, burada tədrisin təşkili haqqında məlumat verib. Qeyd olunub ki, hazırda universitetin 4 klinikası, 7 fakültəsi, 74 kafedrası mövcuddur. ATU-da 17 ölkədən olan 800-dən artıq əcnəbi tələbə təhsil alır. Onların əksəriyyətini türkiyəli tələbələr təşkil edir.

Professor Cem Birol da, öz növbəsində, rəhbərlik etdiyi "British University of Nicosia" barədə danışıb. Bildirib ki, bu universitet ötən il yaradılıb. Artıq "British University of Nicosia" bir sıra beynəlxalq təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub.

Doktor Ersan Berksel universitetdəki sağlamlıq fakültəsinin fəaliyyətindən söz açaraq  ATU-nun bu sahədə təcrübəsi ilə tanış olmaq  arzusunda olduğunu  bildirib. Qeyd edib ki, "British University of Nicosia"nın, həmçinin tibb sahəsində magistratura təhsili vermək niyyəti də var və burada azərbaycanlı tələbələrə xüsusi güzəştlər yaradıla bilər.

Görüşdə Azərbaycan Tibb Universiteti ilə "British University of Nicosia" arasında gələcək əməkdaşlıq əlaqələri ilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, növbəti görüşlər üçün əməkdaşlıq haqqında memorandum layihəsi hazırlansın. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov