Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqsut 2014 - №31

 

"Gənclər paytaxtı Quba gənclərin gözü ilə" layihəsinə start verilib

 

 Quba rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər paytaxtı Quba gənclərin gözü ilə" ictimai aktivlik layihəsinə start verilib.

Layihə rəhbəri Pərviz Muradovun verdiyi məlumata görə, layihənin gerçəkləşdirilməsində əsas məqsəd istedadlı gənclərin üzə çıxarılması, gənc liderlər şəbəkəsinin formalaşdırılmasıdır. Layihə çərçivəsində 14-18 yaşlı gənclər liderlik məktəbi çərçivəsində təşkil olunacaq 4 günlük təlimlərə cəlb olunacaqlar.

Layihənin  açılış mərasimində Quba rayon Gənclər və İdman İdarəsnin rəisi Mustafa Nöhbalayev, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov və Liderlik məktəbinə seçilmiş 20 nəfər gənc iştirak edib.

Çıxış edənlər bu tipli layihələrin əhəmiyyətindən danışıb, Gənclər Fondunun fəaliyyətə başlamasından sonra ölkədə gənclərin ictimai fəallığının artdığını, bir-birinin ardınca müxtəlif məzmunlu və əhəmiyyətli layihələrin gerçəkləşdiyini bildiriblər.

Qeyd edək ki, 4 gün davam edəcək təlimlərdə Quba rayonunun müxtəlif kənd və qəsəbələrində, eləcə də rayon mərkəzində yaşayan 14-18 yaşlı 20 nəfər gəncə peşəkar təlimçilər tərəfindən "Şəxsi inkişaf və fərdi potensialın üzə çıxarılması", "Liderlik", "Natiqlik" və "Layihələrin yazılması və idarə edilməsi" mövzularında təlimlər keçiriləcək.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov