Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqsut 2014 - №31

 

Bir gündə 3 qızıl medal

 

Böyütmək üçün şəkili seçin Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən  gənclər arasında güləş üzrə dünya çempionatında həmyerlilərimiz yaxşı nəticə göstəriblər.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar. Mübarizənin ilk günündə  Azərbaycanın dörd güləşçisi xalça üzərinə çıxıb və millimiz 3 medal qazanıb.

Çempionatda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz İbrahim Nurullayev ermənistanlı Slavik Qalstyana, Koreya Respublikasından olan idmançı Kim Juhyeona, qazaxıstanlı Kanaqat Akilbekə qalib gələrək finala yüksəlib. İbrahim Nurullayev həlledici görüşdə Ukrayna təmsilçisi Aleksey Jabskiyi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mundialda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan pəhləvanı Mircəlal Həsənzadə finaladək inamla irəliləyib. Ardıcıl olaraq Qazaxıstan və Yaponiya güləşçilərini təmiz qələbə, Gürcüstan idmançısını böyük hesabla üstələyən təmsilçimiz, yarımfinalda ABŞ idmançısı ilə gərgin keçən görüşü də qələbə ilə başa vurub. Finalda Mircəlal Həsənzadə Rusiya idmançısına minimal xal fərqi ilə uduzaraq dünya çempionatının gümüş medalı ilə kifayətlənib.

Elman Muxtarov (60 kq) da finaladək inamla irəliləyib. Güləşçimiz qırğızıstanlı Kali Sulaymanovu, belaruslu Yahor Beliakı, finlandiyalı Lauri Mahoneni və fransalı Yacin Ozayı məğlub edərək finala adlayıb. Qızıl medal uğrunda mübarizədə Ermənistan idmançısı Karen Aslayanı məğlub edən Azərbaycan güləşçisi qızıl medala sahib olub.

Orxan Nuriyev (96 kq) mübarizəyə Çin təmsilçisi Abudurexiti Alimujiang üzərində qələbə ilə başlayıb. Aleksandr Kroczakı (Polşa), Yevgeni Gançevi (Bolqarıstan) və Feliks Baldaufdu (Norveç) üstələyən güləşçimiz finalda Koreya Respublikasından olan idmançı Kim Seungjuna qalib gələrək dünya çempionu adını qazanıb.

Sərbəst güləş yarışlarının ilk günündə güləşçilərimiz Məhəmmədhacı Muxutov (74 kq) gümüş və Vurğun Əliyev (60 kq) isə bürünc medal qazanıblar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov