Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqsut 2014 - №31

 

Həvəskar yeniyetmə şahmatçıların şəhər çempionatı başa çatıb

 

Böyütmək üçün şəkili seçinSumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə məhəllə və mikrorayonlarda bir sıra idman tədbirləri keçirilib.

Bu tədbirlərdən biri də artıq 4-cü ildir ki, ənənəvi şəkildə təşkil olunan məhəllə və mikrorayonların həvəskar şahmatçıları arasında şəhər çempionatıdır.

İyulun14-də start götürən çempionata məhəllə və mikrorayonların 60 həvəskar şahmatçısı qatılıb. İlkin mərhələ ümummilli lider Heydər Əliyevin  abidəsinin qarşısındakı  istirahət parkında və burada inşa olunmuş şahmat lövhəsində keçirilib.

Yarımfinal və final oyunları  avqustun 10-da keçirilib. Gərgin idman mübarizəsi şəraitində davam edən yarışların yekun nəticəsinə görə Rasim Eyvazov, Nizami Məmmədov və Rövşən Mehrəliyev müvafiq olaraq, birinci, ikinci və üçüncü yerləri tutublar.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov tərəfindən qaliblərə  diplomlar və qiymətli hədiyyələr  təqdim olunub.

Səhifəni hazırladı:
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov