Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

SABAH qruplarına 738 tələbə qəbul olunub

 

Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, SABAH qruplarına 738 tələbə qəbul olunub.

Qeyd edək ki, SABAH qruplarının Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən 53 ixtisas üzrə müsabiqə yolu ilə formalaşdırılması nəzərdə tutulub. Müsabiqə prosesi üç mərhələdən - elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub.

Elektron ərizələrin qəbulu SABAH qruplarının rəsmi saytı (www.sabah.edu.az) vasitəsilə 12 may - 15 iyun 2014-cü il tarixlərində aparılıb. Elektron müraciət edən 2479 tələbədən 2034-ü sənədini təsdiqləyib.

SABAH qruplarına test imtahanı 6 iyul 2014-cü il tarixində Bakıda və Naxçıvan şəhərlərində eyni vaxtda keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin imtahan nəticələrinin yekun təhlili aparılarkən ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov