Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Ağsaqqallar şurası yaradılacaq

 

Avqustun 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilmiş brifinqdə jurnalistlərə bu barədə məlumat verilib. Bildirilib ki, ölkəmizin sosial-ictimai və mədəni həyatında ağsaqqallar hər zaman yaxından iştirak edirlər. Bunu, habelə ağsaqqalların, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, gənclər arasında aparılan tərbiyəvi işlərin miqyasının genişləndirilməsindəki rolu nəzərə alınaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ağsaqqallar şurası yaradılır.

Ağsaqqallar şurası təhsil ictimaiyyətinin rəyini nəzərə almaq, təhsilverənlərin və təhsilalanların problemlərini təcrübəli insanlar tərəfindən qiymətləndirmək və mövcud məsələlərin həllində şəffaflığı təmin etmək məqsədilə yaradılır.

Ağsaqqallar şurasına yüksək ixtisaslı pedaqoqlar, ictimaiyyət arasında  nüfuz sahibi olan təhsil işçiləri və ekspertlər daxil olacaqlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tərkibində məşvərətçi orqan kimi fəaliyyət göstərəcək Şura nəsilləri birləşdirən rabitə rolunu oynayaraq, təcrübənin gənc nəslə ötürülməsi kimi vəzifə daşıyacaqdır. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov