Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Bölgələrdə yeni məktəb binaları istifadəyə veriləcək

 

Böyütmək üçün şəkili seçinBİLƏSUVAR. Rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovdan aldığımız məlumatda bildirilir  ki,  rayonun Aşağı Cürəli kəndində 450, Xırmandalı kənd 2 nömrəli tam orta məktəbi üçün 640 şagird yerlik  yeni məktəb binaları inşa olunur.

Tikilən yeni binalarda   geniş və işıqlı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kompüter otağı, qış idman zalı və s. şagirdlərin elmi biliklərin əsaslarına yiyələnmələrinə, onların idman bacarıqlarının inkişaf etdirilməsinə, yeni texnologiyaları öyrənmələrinə imkan yaradacaq. Binalar qızdırıcı sistemlə  təchiz olunacaq və yeni dərs ilində  istifadəyə veriləcək. 

YARDIMLI. Rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan məlumata görə, dövlət hesabına rayonun Fındıqlı Qışlaq, Solqard və Zenqaran kəndlərinin hər birində 80 şagird yerlik ibtidai məktəb binalarında son tamamlama işləri  gedir.  Məktəblərdə  şagirdlərin  yaxşı oxumaları üçün  hər cür  şərait  yaradılır. Sentyabrda istifadəyə veriləcək  bu məktəb binalarının tikintisindən   kənd sakinləri razılıq edir, onlar təhsilə  göstərdiyi  qayğı və diqqətə görə  ölkə Prezidenti  İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. 

LERİK. Rayon təhsil şöbəsinin müdir müavini Cəbrayıl Surətovdan aldığımız məlumatda qeyd edilir ki, Nücü və Vizəzəmin  kənd  tam orta məktəbləri üçün inşa edilən 180 şagird yerlik yeni tədris ocaqlarında son tamamlama işləri aparılır. Dövlət vəsaiti  hesabına tikilən bu binalarda sinif otaqları, laboratoriyalar tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar yaradacaq. Məktəblilər dərs ilini yeni binalarda  qarşılayacaqlar. 

QAZAX. Rayon təhsil şöbəsindən bildiriblər ki, təhsil müəssisələrinin maddi- texniki və tədris bazasının möhkəmləndirilməsi, yeni məktəb  binalarının tikintisi davam edir. Rayonun Quşçu  Ayrım kəndində 180 şagird yerlik tam orta, Məzəm  və Bala Cəfərli kəndlərinin hər birində   80 şagird yerlik ibtidai  məktəb  binalarında gedən işlər artıq yekunlaşmaq üzrədir. Eyni zamanda, Qarapapaq  kəndində  olan 180 şagird yerlik ümumi orta məktəb binasında əsaslı təmir və bərkitmə işləri aparılır. Yeni məktəb binaları qapılarını "Bilik günü"ndə pedaqoji kollektiv və şagirdlərin üzünə açacaq. 

ŞAMAXI. Şamaxı rayonunun Mədrəsə qəsəbə tam orta məktəbi üçün yeni bina inşa olunur.

Dövlət vəsaiti hesabına inşa edilən yeni tədris ocağının tikintisinə bu ilin yanvar ayından başlanılıb. Hazırda ikinci mərtəbədə beton işləri görülür.

Tam orta məktəb üçün yeni bina qəsəbədə tədrisin yüksək səviyyədə aparılmasına imkan verəcək. Binada geniş və işıqlı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kompüter otağı, qış idman zalı və digər yardımçı otaqlar olacaq. Burada şagirdlərin biliklərin əsaslarına yiyələnməsi, idman bacarıqlarının inkişafı, yeni texnologiyaları öyrənmələri üçün hər cür imkan yaradılacaq. Bina qızdırıcı sistemlə də təchiz olunacaq.

Qəsəbə tam orta məktəbi üçün yeni binanın gələn ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov