Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Azərbaycan gənclərinin Rusiyaya səfəri maraqlı keçib

 

Mədəniyyət ilinə həsr olunmuş rus dili və ədəbiyyatı üzrə respublika olimpiadasının qalibləri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi nəzdində "Sozvezdiye" yaradıcı gənclər klubunun üzvləri Rusiyaya maarifləndirici tanışlıq səyahətindən qayıdıblar. Səfər Rusiya Xarici İşlər Nazirliyinin və "Rossotrudniçestvo" agentliyinin həyata keçirdiyi ənənəvi "Salam, Rusiya!" layihəsi çərçivəsində baş tutub.

Azərbaycan gəncləri 8 gün ərzində Moskva, Vladimir, Suzdal və Sergiyev Posad şəhərləri ilə tanış olublar. Maraqlı tarixi və mədəni ekskursiya marşrutları onların dünyagörüşlərini genişləndirib. Azərbaycan gəncləri Rusiya, Bolqarıstan, Livan, Sloveniya və Estoniyadan olan yaşıdları ilə dostlaşıblar.  Azərbaycan komandası Moskvada və Suzdalda rəqs müsabiqələrində birinci yeri tutaraq dostlarının rəğbətini qazanıb.

   Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Yakunina Lyubov və qrupu müşayiət edən nümayəndələr bildiriblər ki, səyahət zamanı gənclərimiz Azərbaycanı layiqincə təmsil ediblər. 

Sifai  SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov