Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqsut 2014 - №32

 

Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında təsnifat yarışları keçirilib

 

Azərbaycan Güləş Federasiyasının (AGF) 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən klublarda məşğul olan sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında təsnifat yarışları keçirilib.  Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, 1 saylı nümayəndəliyin tərkibində fəaliyyət göstərən klublarda çalışan məşqçilərin işini qiymətləndirmək, ehtiyyat qüvvələri və perspektivli güləşçiləri aşkarlamaqdır.

Beynəlxalq Güləş Federasiyasının (FİLA) qaydalarına əsasən keçirilən yarışda 10 çəki dərəcəsində idmançılar mübarizə aparıblar.

Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında keçirilən yarışların ilk günündə sərbəst güləşçilər döşək üzərinə çıxıblar. Şəxsi xarakter daşıyan turnirin ikinci günündə isə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. Qaliblər  Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov