Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

Prezident İlham Əliyev Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin yeni korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin yeni korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri hər il olduğu kimi, bu il də davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 121 nömrəli məktəbdə görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verdi. 1934-cü ildə istifadəyə verilən məktəbdə 2006-2007-ci illərdə əlavə korpus inşa edilib. Məktəbin köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə 2012-ci ildə sökülərək müasir standartlara uyğun yeni korpus inşa olunub. Qeyd edək ki, ötən il Prezident İlham Əliyev bu korpusun açılışında iştirak edərkən ikinci korpusun da əsaslı şəkildə yenidən qurulmasına ehtiyac olduğu dövlətimizin başçısının diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev ikinci korpusun əsaslı şəkildə yenidən qurulması ilə bağlı yerindəcə göstərişlər vermişdi. Şəhid Əmirəhməd Quliyevin adını daşıyan məktəbin 3 mərtəbədən, 35 sinif otağından ibarət 780 şagird yerlik yeni korpusu dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən quruldu.

Prezident İlham Əliyev korpusda yaradılan şəraitlə yaxından tanış oldu.

Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir istilik və işıqlandırma sistemləri qurulub, 1 hektarlıq həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb. 

Böyütmək üçün şəkili seçin   Böyütmək üçün şəkili seçin
     
Böyütmək üçün şəkili seçin   Böyütmək üçün şəkili seçin

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov