Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

Təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində "Elektron Təhsil" Respublika müsabiqəsinin  keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı  ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı təhsildə elektron tədris resurslarının tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və rəqabət elementlərinin tətbiq edilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5 bəndini rəhbər tutara 

ƏMR EDİRƏM: 

1. Hər il təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində "Müasir məktəbdə elektron tədris resursları", "Təhsildə İnternet texnologiyaları" və "Milli elektron tədris resurslarının yaradılması"istiqamətləri üzrə "Elektron Təhsil" Respublika müsabiqəsi keçirilsin.

2. "Elektron Təhsil" Respublika müsabiqəsi haqqında "Əsasnamə"(bundan sonra- Əsasnamə) və müsabiqənin Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (1, 2 saylı əlavələr).

3. Təşkilat Komitəsi müsabiqənin keçirilmə vaxtını, mərhələlərin müəyyən edilməsini və Əsasnamədə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov) Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata keçirilməsini təmin etsin.

5. "Elektron Təhsil" Respublika müsabiqəsinin  keçirilməsi ilə bağlı 2014-cü il üçün xərclər smetası təsdiq edilsin (3 saylı əlavə).

6. İnformasiya şöbəsi (E.Əliyev) müsabiqə ilə bağlı məlumatların "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri

25 avqust 2014-cü il


Əlavə:

"Elektron Təhsil" Respublika müsabiqəsi haqqında Əsasnamə

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov