Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

1974-cü  ildə  Azərbaycan  Dillər Universitetini  ingilis  dili  müəllimi ixtisası  üzrə  bitirən  Nailə  Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə  başlayıb.  Burada  ingilis dili  müəllimi  işləyən  Nailə  xanım  bir  müddət  həmin  təhsil  müəssisəsinin direktoru vəzifəsində çalışıb. 2006-cı  ildə  Bakı  şəhəri  üzrə  Təhsil  İdarəsinin  müdiri  təyin  olunan Nailə  Rzaquliyeva  ötən  8  il  ərzində bu  vəzifədə  fəaliyyət  göstərib.

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2004-cü il tarixli 422 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı ilə, təhsil nazirinin 22 mart 2005-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. İşlədiyi müddətdə təhsil ictimaiyyəti arasında dərin hörmət, yüksək nüfuz qazanıb.

Nailə xanıma uzun ömür, cansağlığı və uğurlar arzulayırıq.   

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov