Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

RAGB birinci kurs tələbələrini "Etnomir" mərkəzinə dəvət edir

 

AzərTAc-ın xəbər verdiyi kimi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 20-21-də Kaluqa vilayətinin "Etnomir" mədəniyyət və təhsil mərkəzində qəbul imtahanlarından müvəffəqiyyətlə keçərək Rusiya Federasiyasının ali məktəblərinə daxil olmuş birinci kurs tələbələri üçün səyyar seminar keçiriləcəkdir.

RAGB-nin idarə heyətində AzərTAc-a bildiriblər ki, seminar çərçivəsində iştirakçılar nəinki RAGB-nin fəaliyyəti və təşkilatın fəalları ilə tanış olacaq, həmçinin qeyri-formal təhsil mütəxəssislərinin rəhbərliyi ilə xüsusi treninqlərdə iştirak edəcəklər. Seminarı tələbələrin RAGB üzvlüyünə qəbulu ilə başa çatdırmaq planlaşdırılır. Buna görə də seminarın hər bir iştirakçısı təşkilatın sıralarına qoşula bilər.   Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə tanış olmaq istəyən və öz yaradıcılıq potensialını üzə çıxarmaq üçün yeni imkanlar axtaran bütün gənclər tədbirdə iştirak etməyə dəvət olunur.

Seminarda iştirak etmək üçün vətəndaşlığı və  əlaqə  məlumatlarını  (telefon, e-mail) göstərməklə aşağıdakı elektron ünvana təhsil yeri və seçilmiş ixtisas barədə məlumat göndərmək lazımdır: [email protected]
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov