Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqsut 2014 - №33

 

Sumqayıtda yeni uşaq bağçası istifadəyə verilib

 

 Avqustun 26-da Sumqayıt şəhərinin Corat qəsəbəsində yeni özəl uşaq bağçası istifadəyə verilib. İkimərtəbəli binada 80 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb.

Açılış mərasimində çıxış edənlər son illər respublikamızda yüzlərlə uşaq bağçasının, uşaq evinin tikilməsinin, bir çoxunun isə yenidən qurulmasının ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açdığını vurğulayıblar. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Fondun bu sahədə həyata  keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən yeni bağçalar Azərbaycan ictimaiyyətinin böyük rəğbətinə səbəb olub.

Çıxışlarda qeyd edilib ki, bu gün Heydər Əliyev Fondu Azərbaycanın hər yerində olduğu kimi, Sumqayıtda da irimiqyaslı layihələr həyata keçirir. Bildirilib ki, təhsil sahəsində qazanılan uğurlar məktəbəqədər təhsildən başlayır. Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır.

Sonra bağça ilə tanışlıq olub. Burada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün idman və oyun zalları, attraksionlar yaradılıb, maraqlı və rəngli lövhələr hazırlanıb, açıq havada istirahət üçün yerlər ayrılıb. Müxtəlif yaşlı 4 qrup üçün nəzərdə tutulan bağçada yataq, yemək, dərs, musiqi, rəsm otaqları mövcuddur. Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan hazırlanan oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir.

Uşaq bağçasında 2 yaşından 5 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək. Uşaqlara burada rəqs və musiqi də öyrədiləcək.

Tədbir zamanı balaca fidanlar da öz sevinclərini gizlətməyiblər. Onlar bir-birindən gözəl şeirlər, rəngarəng musiqi nömrələri səsləndiriblər. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov