Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 

Tovuzda müəllimlər üçün kurikulum kursları keçirilib

 

 Tovuz Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda bildirilir ki, rayonda müəllimlər üçün kurikulum təlimləri təşkil olunub.

Təlimlər müxtəlif fənlər üzrə aparılır. Qavramanın artırılması və ümumilikdə təhsilin inkişaf etdirilməsi üçün tətbiq olunan bu kurslarda müəllimlərə şagirdlə işləmək üsulları öyrədilir.

Builki təlimlərə, ümumilikdə, rayonun bütün məktəblərindən 300-dən çox müəllim cəlb olunub.

Təlimlərə  əsasən ibtidai sinif, kimya, coğrafiya, fizika, riyaziyyat fənləri üzrə müəllimlər qoşulub. Hər biri 10 gün davam  edəcək təlimlər sentyabr ayının sonunda başa çatacaq.     

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov