Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 

Səbailli yeniyetmələr hərbi hissədə yay düşərgəsində olub

 

Böyütmək üçün şəkili seçinSəbailli "Gənc Heydərçilər"in Qusardakı yay düşərgəsində istirahəti başa çatıb.  Növbəti layihənin Müdafiə Nazirliyinin hərbi hissəsində keçirilməsi məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan verib. Hərbi hissədəki əsgər kazarmalarının birində "Gənc Heydərçilər" üçün hər cür şərait yaradılıb, burada ümummilli lider Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi təlimatlar  asılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi  uşaqların istirahətini daha  da maraqlı  edib.  Məktəblilərin təlim-tərbiyəsi ilə rayonun  ümumtəhsil müəssisələrində  çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup məşğul olub.  Onlar  hərbi hissədə şəxsi heyətin xidməti, yaşayış şəraiti, silah və texnika ilə yaxından tanış olublar. Uşaqların Qusar və  Quba rayonlarının görməli yerlərinə, meşələrə,  tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırımı muzey-kompleksinə, Heydər Əliyev Mərkəzinə, Gənclər evinə gəzintiləri təşkil olunub. İstirahətin 1 günü hərbi hissə tərəfindən hərbi-səhra məşğələləri təşkil olunaraq gün ərzində şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi vasitəsi ilə verilib. Bağlanışdan bir gün əvvəl düşərgədə ənənəvi tonqal ətrafında uşaqlar və eləcə də hərbi hissənin şəxsi heyəti üçün  incəsənət xadimlərinin iştirakı ilə bayram konserti  keçirilib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, İnsan Hüquqları üzrə müvəkkil - Ombudsman Elmira Süleymanova, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov,  Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Kamran Nəsibov, "N" saylı hərbi hissənin komandir əvəzi, polkovnik-leytenant Şahin Qəhrəmanov, valideynlər və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, hərbi təlimlərdə fərqlənən bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilib. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov