Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 
Xaricdə təhsil alan tələbələrimiz

ADU tələbəsi Böyük Britaniyanın Esseks Universitetinin məzunu oldu

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Dillər Universitetinin pedaqoji fakültəsinin tələbəsi Nərmin İsmayılova bu il ADU ilə yanaşı Böyük Britaniyanın Esseks Universitetini də fərqlənmə diplomu ilə başa vuran ilk azərbaycanlı tələbə oldu. ADU və Esseks Universiteti arasında imzalanmış müqaviləyə əsasən, Nərmin İsmayılova təhsilini Böyük Britaniyanın nüfuzlu ali məktəbində davam etdirərək bu il hər iki universiteti uğurla bitirərək ikili diploma sahib olub.

Qeyd edək ki, 25 oktyabr 2010-cu ildə Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin tələbələri I-II kursları bitirdikdən sonra təhsillərini Esseks Universitetində davam etdirirlər və ikili diplom alırlar. Bundan başqa, hər iki universitetin professor-müəllim heyətinin, departament rəhbərlərinin qarşılıqlı səfərləri nəzərdə tutulub. Bu müqavilə Azərbaycanın ali məktəbləri arasında ilk dəfə və yeganə olaraq ADU və Esseks Universiteti arasında imzalanıb.

Xatırladaq ki, Esseks Universitetində dərslər tanınmış professor və müəllim heyəti tərəfindən aparılır. Nərmin İsmayılova Esseks Universitetində təhsil aldığı müddətdə Tələbə Cəmiyyətinin üzvü və bir çox layihələrin meneceri seçilib. İştirak etdiyi layihələrdən onun ən yadda qalanı "Money mind" layihəsi olub. Bu layihə çərçivəsində o, ibtidai sinif şagirdlərinə ingilis dili dərsini tədris edib. Həmçinin azərbaycanlı tələbə daha sonra "Feminizim" layihəsinə qoşulub və bu layihə haqda İngiltərənin məşhur "Rabbit" jurnalında  məqalə dərc olunub. Orada yaradılmış Azərbaycan Cəmiyyətinin vitse-prezidenti seçilən N.İsmayılova oxuduğu müddət ərzində Azərbaycan tarixi, adət-ənənəsi, milli mətbəxi ilə bağlı digər ölkə nümayəndələrinə məlumatlar çatdırıb. Nərmin İsmayılova universitetdə yaradılan şəraitdən bəhrələnərək  təhsil ala-ala işləmək imkanı da əldə edərək könüllü olaraq məktəblərdə ingilis dilini tədris edib. Bütün bu imkanları əldə etdiyi üçün o, universitetin rektoru, professor Səməd Seyidova  dərin təşəkkürünü bildirir.  

İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov