Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 

Göyçay Regional Peşə Tədrisi Mərkəzinin binası əsaslı təmir edilir

 

Göyçay Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan məlumatda  bildirilir ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Göyçay Regional Peşə Tədrisi Mərkəzinin binasında əsaslı təmir və bərpa işləri görülür.

Ümumi sahəsi 2000 kvadratmetr olan bu binada 60-dan artıq otaq olacaq. Burada gənclər üçün kompüter, sahibkarlığın əsasları, bərbərlik, tikişçi, ingilis dili və digər sahələr üzrə peşə hazırlığı kurslarının təşkili, eləcə də əlillərin reabilitasiyası üçün şərait yaradılacaq. Binada 10 otaqdan ibarət yataqxana da olacaq.

Tədris binasının havalandırma sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulub, 150 kubmetrlik su hovuzu inşa edilib. Görülən işlər yekunlaşmaq üzrədir.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov