Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 

"Kiçik səhnə" baxış müsabiqəsinə start verilib

 

 Q.Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzində klub filialları arasında "Kiçik səhnə" adlı dram dərnəklərinə baxış-müsabiqənin birinci turuna start verilib. Müsabiqədə Boladi, Tütəpeştə, Bəliton, Liman, Xanbulan, Moloja, Osaküçə, Hirkan, Şıxəkəran klublarının və mədəniyyət mərkəzlərinin özfəaliyyət dram kollektivləri müxtəlif səhnəciklər nümayiş etdirməklə tamaşaçıları məmnun ediblər.

Müsabiqənin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, istedadlı gəncləri üzə çıxarmaq,  teatr sənətinə  maraqlarını artırmaqdır.

Qeyd edək ki, müsabiqənin növbəti turu sentyabrın 18-də təşkil olunacaq. Yekun turu isə sentyabrın 27-də keçirmək nəzərdə tutulub. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov