Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Sentyabr 2014 - №34

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
2 sentyabr 2014-cü il tarixli, 949 nömrəli əmrinə
2 nömrəli əlavə

Tədris planına dair qeydlər

 

1. Bu tədris planı azsaylı xalqların uşaqlarının tədris dili üzrə nitq bacarıqlarının formalaşdırılmasını, eləcə də onların məktəbə hazırlığının təmin olunmasını nəzərdə tutur.

2.  Hazırlıq sinfinə hər il sentyabr ayında 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilirlər.

3. Hazırlıq sinfi, bir qayda olaraq, uşaqların sayı 20-dən artıq olmamaqla komplektləşdirilir. Zəruri hallarda həmin sinif məktəbin yerləşdiyi ərazidəki 5 yaşlı uşaqların sayı nəzərə alınmaqla az uşaq sayı ilə də (5 nəfərdən az olmamaq şərtilə) komplektləşdirilə bilər.

4. Hazırlıq sinfində dərs məşğələləri həftədə 4 gün təşkil olunur. Bir dərs məşğələsinin müddəti 35 dəqiqədir. 1-ci və 2-ci məşğələnin hər birindən sonra 5, üçüncü məşğələdən sonra isə uşaqlara  15 dəqiqəlik tənəffüs verilir.

5. Hazırlıq sinfində təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur.

6. Hazırlıq sinfində məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, şagirdlərin təlim nailiyyətləri şifahi formada aparılır və bu barədə valideynlərə məlumat verilir.

7. Hazırlıq sinfində məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır.

8. Hazırlıq sinfində təhsil alan uşaqlar dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar.

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov