Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

194 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verildi

 

Böyütmək üçün şəkili seçinSentyabrın 16-da Bakı şəhərində 194 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva və digər rəsmi qonaqlar iştirak edib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov "Bilik Günü" və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edərək  onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Ceyhun Bayramov son illər ölkəmizdə çoxlu sayda məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Xətai Rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva məktəb binalarının əsaslı təmir olunmasını, müasir standartlara uyğun yeni məktəblərin tikilərək istifadəyə verilməsini əlamətdar hadisə adlandırıb.

Valideynlər adından çıxış edən Ləman Şamilova təhsil sahəsində görülən işləri alqışlayıb və övladlarının yaradılan bu imkanlardan istifadə edərək Vətənə layiqli insan kimi yetişməsinə çalışacaqlarını bildirib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov məktəbin açılışı münasibətilə lenti kəsib. Qonaqlar sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olublar, şagird və müəllimlərlə söhbət edərək fikir mübadiləsi aparıblar.

Məktəbdə "Çağırışaqədərki hərbi hazırlıq" fənninin tədrisi üçün müasir tələblərə cavab verən hərbi kabinet də yaradılıb.

Bakı şəhəri 194 nömrəli 1176 şagird yerlik tam orta məktəb binası Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2011-2014-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Təhsil Nazirliyi tərəfindən inşa edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov