Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən səyyar qəbullara başlayır

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin qəbulunu keçirməyə başlayır.

İlk səyyar qəbul sentyabrın 19-da Nəsimi və Qaradağ rayonları üzrə keçiriləcək. Nəsimi rayonu üzrə 1 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 1, 8, 16, 44, 46, 133 nömrəli məktəblərin və 6 nömrəli Uşaq-Gənclər Güləş Məktəbi, 25 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, 46 nömrəli  Məktəbdənkənar Tərbiyə işi Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Sentyabrın 19-da Qaradağ rayonu üzrə 319 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə Sahil qəsəbəsində yerləşən 228, 253, 273, 319, Ümid qəsəbəsində yerləşən 294, Səngəçal qəsəbəsində yerləşən 222 nömrəli məktəblərin və 19 nömrəli  Uşaq-Gənclər İdman Məktəbinin müəllim və valideynləri müraciət edə bilərlər.

Sentyabrın 20-də Pirallahı rayonu üzrə 243 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula Pirallahı və Çilov qəsəbələrində yerləşən 131, 168, 186, 235, 243, Zirə qəsəbəsində yerləşən 122, 120, 241, 324, Gürgan qəsəbəsində yerləşən 231 nömrəli  məktəblərin və 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10:00-da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər həll ediləcək və lazımi təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov