Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Azərbaycan Dövlət İqtisad Universitetində "Bilik Günü"

 

Sentyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində "Bilik Günü" münasibətilə tədbir keçirilib.

Tədbirdə ADİU-nun fəxri məzunu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev və digər qonaqlar iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan universitetin rektoru Ədalət Muradov yeni dərs ilinin başlanması münasibəti ilə tələbələri və professor-müəllim heyətini təbrik edib, onlara dərslərində müvəffəqiyyətlər arzulayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxışında 35 il öncə  bu universitetdə keçirdiyi tələbəlik illərinin təəssüratlarını bölüşüb. Universitetə yüksək balla qəbul olunan gənclərə tələbə bileti və hədiyyələr təqdim edilib.

Daha sonra 600-dən çox bal toplayan tələbələr Heydər Əliyev Mərkəzini ziyarət edərək ulu öndərin irsi ilə yaxından tanış olublar. Ümummilli liderin həyatının müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olan tələbələr mərkəzdən böyük təəssüratla ayrılıblar.

500-dən çox bal toplayan tələbələr isə "Ailə tipli kiçik qrup evi"ni ziyarət edərək kimsəsiz uşaqlara hədiyyələr aparıblar.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində ADİU-ya 3273 tələbə qəbul olunub. Tələbələr arasında 12 nəfər 650-dən çox bal toplayıb. Bu göstərici ötən ilə nisbətən 2 dəfədən də çoxdur. 93 nəfər 600-dən çox bal toplayıb. Ötən il isə 600-dən çox bal toplayan tələbələrin sayı 49 nəfər olub. Bu il 500-dən çox bal toplayan tələbələrin sayı 669 nəfər, ötən il isə 357 nəfər olub.

Ən yüksək bal (680) toplayan tələbə, Prezident təqaüdçüsü Alıyev Emil Rizvan oğlu maliyyə fakültəsinə qəbul olunub. Ümumiyyətlə, 650-dən yuxarı bal toplayan 11 tələbə maliyyə, 1 tələbə isə uçot iqtisad fakültəsində təhsil alacaq.

Yeni tədris ilində ADİU-nun magistratura şöbəsinə 524 nəfər daxil olub. Onlardan 5 nəfəri 120-dən, 138 nəfəri isə 100-dən çox bal toplayıb. 

Hicran  ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov