Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Almaniya səfiri BSU Məktəb-Lisey Kompleksində

 

Böyütmək üçün şəkili seçinSentyabrın 17-də BSU Məktəb-Lisey Kompleksində Almaniya səfiri xanım Haydrun Tempel, Almaniya Bundestaqının deputatları xanım Daqmar Vörl və cənab Peter Ramsauer Alman dili mərkəzinin açılışında iştirak etdilər, bu tədris ilindən kompleksdə alman dilini öyrənməyə başlayan beşinci sinif şagirdlərinə hədiyyələr təqdim etdilər.

Məktəb-Lisey Kompleksinin direktoru İlahə Carçıyeva kompleks haqqında, burada xarici dillərin, o cümlədən alman dilinin tədrisi vəziyyəti barədə geniş məlumat verdi. Bildirildi ki, alman dili bütün lisey siniflərində əsas xarici dillərdən biri kimi tədris olunur,  bu ildən isə məktəb siniflərində ikinci xarici dil kimi tədris edilməyə başlayıb. Keçən tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksi DSD məktəblər şəbəkəsinə (Almaniya attestatı almaq imkanı verən xarici məktəblər şəbəkəsi) qoşulub. Kompleksdə metodiki işlərə Almaniyadan cəlb edilmiş mütəxəssis rəhbərlik edir.

Kompleksin şagirdləri qonaqları maraqlı kompozisiya ilə salamladılar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov