Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Birincilərin ilk zəng həyəcanı

 

Böyütmək üçün şəkili seçinBakıdakı 13 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə tədbir keçirilib.

Təhsili millətin gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda misilsiz xidmətlərindən danışan tədbirin aparıcıları məktəb kollektivi adından təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Məktəbin direktoru, əməkdar müəllim Yaqut Sadıqova  "Bilik Günü" münasibətilə pedaqoji kollektivi, şagirdləri, xüsusən də birinci sinfə yeni qədəm qoyanları, onların valideynlərini təbrik edib.  Bildirib  ki, hazırda məktəbdə 1113 şagird təhsil alır. Bu il 155 şagird birinci sinfə qəbul olunub.

Tədbirdə iştirak edən Yasamal  Rayon İcra Hakimiyyətinin,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri birinciləri təbrik edib, onlara və müəllimlərə uğurlar arzulayıblar.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov