Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr  2014 - №36

 
"Bilik Günü"ndə ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub

49 nömrəli "İntellekt" məktəb-liseydə birincilərin bayram sevinci

 

Böyütmək üçün şəkili seçin Sentyabrın 15-də  Bakıdakı 49 nömrəli "İntellekt" məktəb-liseydə "Bilik Günü" ənənəvi olaraq  təntənəli şəkildə qeyd olunub.  Tədbirdə liseyin direktoru Təhminə Əsədova  qazanılan  uğurlardan danışaraq bildirib ki,  təhsil ocağı 1929-cu ildə tikilib və Böyük Vətən müharibəsi illərində burada təxliyə hospitalı fəaliyyət göstərib. Dövlət Proqramına uyğun olaraq 2012-ci ildə məktəbin 3 mərtəbəli binası əsaslı təmir olunub, burada müasir təhsil üçün hər cür şərait yaradılıb. Ətraf ərazidə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin həyətində 36 əlavə sinif otağı olan 660 şagird yerlik  3 mərtəbəli yeni tədris korpusu  tikilib. Çox sevindirici haldır ki, həmin il sentyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbə gələrək yeni inşa olunmuş tədris korpusunun və əsaslı təmir işləri aparılmış köhnə korpusun açılış mərasimlərində iştirak edib. Bu gəliş məktəb kollektivi üçün çox əlamətdar bir hadisə olub. Məktəbə olan diqqət  və qayğı pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində  uğurla çalışmağa sövq edib.

Məktəb barədə məlumat verən T.Əsədova onu da qeyd edib ki, hazırda məktəb-liseydə 1459 şagird təhsil alır, onlara 129 nəfər müəllim dərs deyir. Bu il 209 nəfər uşaq birinci sinfə qəbul olunub. 2013-2014-cü dərs ilində məktəb-liseyi 73 nəfər məzun bitirib və onların 44 nəfəri tələbə adını qazanıb. Məzunların 2 nəfəri qəbul imtahanlarında 600, 1 nəfəri isə 650-dən çox bal toplayıb. Eyni zamanda 4 nəfər məzun isə xaricdə təhsil alacaq. 

Təhminə Əsədova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə  Prezident İlham Əliyevə öz dərin təşəkkürünü bildirib.

"Bilik Günü"nə həsr olunmuş tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yeni dərs ilinin başlanması  münasibəti ilə məktəbin kollektivini təbrik edib və onlara   uğurlar arzulayıb.

Məktəbin  şagirdlərinin hazırladığı bədii kompozisiya  və milli rəqslər tədbir iştirakçılarının  alqışları ilə müşayiət olunub.

Sonda  zəng vurulub, ilk  dəfə  məktəbə qədəm qoyan birincilər  sinif otaqlarına  daxil  olublar. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov