Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr  2014 - №36

 
"Bilik Günü"ndə ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub

Səfir mühazirə oxudu

 

Böyütmək üçün şəkili seçin15 sentyabr - "Bilik Günü" Bolqarıstanın Azərbaycandakı səfiri xanım Maya Xristova Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində 7-11-ci sinif şagirdləri üçün mühazirə oxudu. Mühazirəyə universitetin bolqarşünas tələbələri də dəvət edilmişdilər.

Bu tədbir Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə keçirilirdi. Səfir Bolqarıstan Respublikası, Azərbaycan-Bolqarıstan əlaqələri, Bolqarıstan məktəblərində təhsil və bu ölkədə təhsil alma imkanları barədə geniş söhbər açdı. Bolqar mədəniyyəti, adət-ənənələri, mətbəxi ilə bağlı şagirdlərin çoxsaylı suallarını cavablandırdı. Səfir şagirdlərin ingiliscə nitqi və dünyagörüşü səviyyəsindən çox razı qaldı.

Kompleksin direktoru İlahə Carçıyeva xanım Maya Xristovanı məktəblə tanış etdi. Qonağa əsaslı təmirdən sonra ölkə Prezidenti möhtərəm İlham Əliyevin məktəblə tanışlığını əks etdirən fotostend təqdim olundu. Səfirə Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsində kompleksin iştirakı barədə də məlumat verildi. Bolqarıstan səfiri ölkəmizdə təhsilə olan diqqətdən məmnun qaldığını bildirdi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov