Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Məktəblilər arasında Cəfər Cabbarlı irsi ilə bağlı məqalə müsabiqəsi keçiriləcək

 

Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı mükafatının 2014-cü il üzrə laureatlara təqdim olunması mərasimi keçirildi. Mərasimi ədibin həyat və yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Asif Rüstəmli açaraq mükafatın təsis olunması tarixi ilə bağlı danışaraq məlumat verdi. Mükafat ilk dəfə dramaturqun ev-muzeyinin layihəsi əsasında Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin və BP neft şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis edilib. Həmin ildən bir çox elm, sənət adamları bu mükafata layiq görülüblər. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək Cəfər Cabbarlının zəngin ədəbi irsi haqqında fikirlərini bölüşdü. Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, qurumun katibi İlqar Fəhmi, Türkiyənin Fırat Universitetinin dosenti Süleyman Kaan Yalçın və digər çıxış edənlər Cəfər Cabbarlının  ədəbi-mədəni irsinin Azərbaycan tarixindəki əhəmiyyətindən danışdılar. İştirakçıların nəzərinə çatdırıldı ki, məktəblilər arasında da Cəfər Cabbarlı irsi ilə bağlı məqalə müsabiqəsi keçiriləcək.

Sonra mükafatlar sahiblərinə təqdim edildi. Kino, teatr, ədəbiyyatşünaslıq və jurnalistika sahəsində Cəfər Cabbarlı irsinin təbliğində xidməti olanlar mükafatlandırıldılar. Mükafat ədəbiyyat nominasiyasında filologiya elmləri doktoru və professorlar Gülşən Əliyeva-Kəngərli, Himalay Qasımov, Tahirə Məmməd,  Fikrət Rzayev,  Azərbaycan klassik ədəbiyyatının gənc nəslə təbliğində xidmətlərinə görə Xatirə Həşimzadəyə  (Xızı şəhəri) verildi. Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə Fırat Universitetinin doktoru Süleyman Kaan Yalçına mükafatın xüsusi diplomu təqdim edildi. Təqdimatın sonunda muzeyin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək mükafat alanları təbrik etdi. 

Könül NƏHMƏTOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov