Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Naxçıvan Özəl Universitetində dil səviyyə imtahanı keçirilib

 

2013-2014-cü tədris ilindən etibarən Naxçıvan Özəl Universitetində Xarici dil (ingilis) ixtisasında tətbiqinə başlanılmış yeni proqram layihəsi olan 1+4 sistemində dil səviyyə imtahanlarının keçirilməsinə başlanılıb.   Bu sistemin mahiyyəti tələbələrin başlanğıc olaraq kursa hazırlığını və normal dil səviyyəsinin inkişaf etdirilməsi və gələcək kurslar ərzində nəzərdə tutulmuş biliklərinin daha da möhkəmləndirilməsindən ibarətdir. Xarici dil (İngils dili) tədrisinin yüksək tətbiqi naminə universitetə yeni daxil olmuş tələbələrin xarici dil səviyyəsi yoxlanılır, keçirilmiş imtahanların nəticələrinə uyğun olaraq tələbələr hazırlıq kurslarına cəlb edilirlər.

Hər il olduğu kimi, yeni tədris ilində də,  yazılı və şifahi imtahan olub. Dil səviyyə imtahanında 27 tələbə iştirak edib. Yazılı imtahanda tələbələrin bilik səviyyəsi, düzgün orfoqrafik qaydalara  əməl olunması, söz ehtiyatı, dünyagörüşü və digər bacarıqları yoxlanılıb. Tələbələr qabaqcadan imtahan barəsində məlumatlandırılıb. Tələbələrlə fərdi söhbətlər aparılmış, onlara universitetin nizam-intizam qaydaları və tərbiyəvi sahədə qarşıda duran vəzifələr izah olunub. Yazılı imtahanda tələbələr "Doğma yurdum-Azərbaycan" mövzusunda  inşa yazmış, şifahi imtahanda isə fərdi qaydada qiymətləndirmə  aparılıb. Tələbələr xarici dil (ingilis) kafedrası tərəfindən  hazırlanmış biletlər əsasında suallara cavab veriblər.

İmtahanda komissiyanın sədri və üzvləri iştirak ediblər. İmtahanın şəffaf keçirilməsi üçün nəzarətçilər cəlb olunmuş və valideynlərin iştirakı təmin olunub. İmtahanın nəticələri elan olunmuş, apelyasiyaya komissiyadan heç bir ərizə daxil olmayıb. Şifahi imtahanda hər tələbənin şəkil üzrə təqdimat və müsahibəsi üçün 4 dəqiqə vaxt nəzərdə tutulub.

Məlumat üçün onu da qeyd edək ki, imtahanda heç bir tələbə müvəffəq qiymət ala bilməyib. Onlar 1+4 layihəsi çərçivəsində hazırlıq kurslarına daxil olunublar. 

Nuray ƏLƏSGƏRQIZI,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov