Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2014 - №36

 

Respublika Şahmat Mərkəzində "Baku Open-2014" turnirinə yekun vurulub

 

Respublika Şahmat Mərkəzində keçirilən Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş "Baku Open - 2014" beynəlxalq şahmat festivalında C turniri ( 12 yaşadək uşaqlar arasında) başa çatıb.

Turnirdə ölkəmizin müxtəlif rayon və bölgələrindən 114 zəka sahibi qələbə uğrunda mübarizə aparırdı.

Yarışda ən yaxşı nəticəni Bakı şahmatçıları Əhməd Əhmədzadə və Məhəmməd Muradlı göstəriblər. Hər iki şahmatçı 8 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Mirmusa Feyziyev isə 7 xalla 3-cü pillədə qərarlaşıb.

12 yaşlı oğlanlar arasında 1-ci yeri aktivinə 8 xal yazan Məhəmməd Muradlı, 7 xalla 2-ci yeri Ağdam şahmatçısı Nurlan Şükürov, 3-cü yeri isə 6.5 xalla Ayxan Əlizadə (Quba) tutub.

Eyni yaş qızlar arasında aktivinə 6.5 xal yazan Gövhər Beydullayeva 1-ci, Sədaqət Abbasova 5.5 xalla 2-ci, Qazaxıstan şahmatçısı Kim Leyla isə 5 xalla 3-cü olub.

10 yaşadək oğlanlar arasında Əhməd Əhmədzadə lider olub. Feyziyev Mirmusa 2-ci, Zaur Balayev isə 3-cü pillədə qərarlaşıb.

Səbinə Rzalı (Sumqayıt) 5.5 xal toplayaraq 10 yaşlı qızlar arasında 1-ci olub. Nəcibə Orucova (Bakı) 5.5 xalla 2-ci, Ayan Allahverdiyeva (Bakı) isə 5 xalla 3-cü yerin sahibi olub. 

8 yaşadək oğlanlar arasında Kürdəmir şahmatçısı Fərhad Məmmədəliyev, Sənan Xudiyev (Bakı) və Ümid Aslanov 5.5 xal toplayaraq 1-3-cü yerləri bölüşdürüblər.

Eyni yaş qızlar arasında Nərmin Nəsibova aktivinə 4 xal yazaraq qrupun vahid lideri olub, Nurtac Heydərli və Aydan Şükürova 3 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər. Turnir İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov