Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

ADİU-nun MBA proqramında Avropa standartları səviyyəsində yeniliklər tətbiq edilib

 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) fəaliyyət göstərən MBA proqramı təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində yeniliklərin tətbiqinə başlayıb.

Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, yeniliklərə uyğun olaraq proqramın Əsasnaməsi yenidən tərtib olunub. Tədris Konsepsiyası isə Avropa standartlarına uyğunlaşdırılıb.

MBA proqramı üzrə tədris planı müasir təhsilin əsas tələblərini özündə əks etdirib. Əvvəllər proqram üzrə 21 fənn tədris edilirdisə, yenilənmiş plana əsasən magistrlər 11 əsas və 3 seçmə ixtisas fənni üzrə təhsil alacaqlar.

Universitetin MBA proqramı üzrə fənlər ADİU-nun və eyni zamanda, digər ali məktəblərin professor-müəllimləri, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almış və öz ixtisası üzrə peşəkar fəaliyyət göstərən məzunlar tərəfindən tədris olunacaq.

MBA proqramının hər bir ixtisası haqqında geniş məlumatın əks olunduğu bukletlər Azərbaycan, ingilis və rus dillərində çap olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov