Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Bakı Slavyan Universitetində tanınmış rus yazıçısı Maksim Qorkinin nəvəsi ilə görüş

 

Böyütmək üçün şəkili seçinSentyabrın 19-da tanınmış rus yazıçısı Maksim Qorkinin nəvəsi, E.Vaxtanqov adına Moskva Akademik Teatrının aktrisası Darya Maksimovna Peşkova, ulu nəvəsi aktrisa Yekaterina Aleksandrovna Peşkova və oğlu Timofey Yevgenyeviç Peşkov Bakı Slavyan Universitetinin qonağı olublar. Müəllim və tələbələrin iştirakı ilə keçirilən görüşdə universitetin rektoru,  professor Asif Hacıyev qonaqları salamlayıb, Azərbaycanda rus dili və mədəniyyətinə olan böyük diqqətdən danışıb. Bildirilib ki, 2000-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Bakı Slavyan Universitetinin inkişafında möhtərəm Prezidentimiz İlham Əliyevin böyük  xidmətləri   var. Bu gün   təhsil  ocağının potensialı və dinamik inkişafı da bunun bariz nümunəsidir.

Rektor həmçinin rus ədəbiyyatında əvəzsiz xidmətləri ilə tanınan məşhur yazıçı Maksim Qorkinin yaradıcılığından söhbət açaraq universitetin kitabxanasında yazıçının müxtəlif məzmunlu kitablarının saxlandığını, onların tələbələr tərəfindən maraqla oxunduğunu və tədris olunduğunu vurğulayıb.

Tədbirdə rus ədəbiyyatı kafedrasının dosenti Yaşar Quluzadə, "Russkiy yazık i literatura v Azerbaydjane" jurnalının baş redaktoru, professor Flora Nacıyeva  çıxışlarında Maksim Qorkinin yaradıcılığından söhbət açıblar. Jurnalın yeni nəşri qonaqlara hədiyyə edilib. 

Azərbaycanda səfərdə olmasından məmnunluq hissi duyduğunu qeyd edən Yekaterina Aleksandrovna Peşkova   ölkəmizə, şəhərimizin gözəlliyinə, xalqımızın qonaqpərvərliyinə heyran olduğunu  bildirib və öz xatirələrini  danışıb.

Sonda qonaqlar BSU-nun  müəllim və tələbələrinin suallarını cavablandırıb və Maksim Qorkinin kitablarını   görüş iştirakçılarına hədiyyə ediblər.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov