Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

Dünya universitetlərinin yeni  reytinq cədvəli açıqlanıb

 

Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS)  konsaltinq şirkəti dünya universitetlərinin yeni  reytinq (QS World University Rankings-2014) cədvəlini tərtib edib.  Reytinq cədvəlində bütün dünya üzrə 76 ölkədən 863 universitetin adı çəkilir. 2004-cü ildən etibarən nəşr edilən reytinq dünya universitetlərinin fəaliyyətini artıq son 10 il ərzində dəyişilməz olaraq qalan 6 əsas meyar (akademik nüfuz, elmi məqalələrdən sitatgətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuzu, əcnəbi müəllimlərin sayı və əcnəbi tələbələrin sayı) üzrə qiymətləndirib.   Reytinq cədvəlinin hazırlanması gedişində 62 min akademik cəmiyyət və 27 min işəgötürən arasında sorğu aparılıb.  Hər il olduğu kimi, QS bu il də 3 minə  yaxın ali məktəbin fəaliyyətinə qiymət verib, onların arasından ən yaxşılarını seçib. 

Amerikanın Massaçusets Texnologiya  İnstitutu (MIT) artıq 3-cü ildir dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə başçılıq edir.  Universitet bu il elmi məqalələrdən sitatgətirilmə indeksini 14  faiz yaxşılaşdırmaqla ən yaxşı universitetlər arasında liderliyini qoruya bilib.  Kembric Universiteti  Harvard Universitetini sıxışdıraraq ikinci yerə çıxıb. İlk üçlükdə London İmperial Kolleci qərarlaşıb. Harvard Universiteti isə 4-cü sırada yer alıb.  Ən yaxşı 10 universitet sırasında Oksford,  London Universitet Kolleci, Stanford Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Prinston Universiteti, Yel Universiteti yer alıb. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti top-200-lükdə 114-cü yeri  qazana bilmişdir. Beləliklə də reytinq cədvəlində yer almış 10 ən yaxşı  universitetdən 6-sı ABŞ-a məxsusdur. ABŞ 200 ən yaxşı  universitet siyahısında 51 ali təhsil müəssisəsi ilə təmsil olunub. Reytinqin tam versiyasında 863 universitet yer alıb. 200 ən yaxşı universitet siyahısında 31 ölkənin adı çəkilir.  Reytinqdə Britaniya 29, Almaniya 13, Niderland 11, Kanada 10, Yaponiya 10, Avstriya 8 universitetlə təmsil olunub. Reytinq cədvəli ilə bağlı ətraflı məlumatı www.topuniversities.com saytından almaq olar.

Dünya universitetlərinin yeni  reytinq cədvəli
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov