Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Sentyabr 2014 - №37

 

20 Yanvar şəhidi Ülvi Bünyadzadənin xatirəsi anılıb

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Dillər Universitetində 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 45-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Mərasimdən öncə universitetin müəllim-tələbə heyəti Şəhidlər xiyabanını ziyarət edərək şəhidin məzarı önünə qərənfillər düzüblər.

Tədbir universitetin foyesində yerləşən Ülvi Bünyadzadəyə aid açıq muzeyin qarşısında Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 ADU-nun tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Ülvi Bünyadzadənin universitetin istedadlı, bacarıqlı tələbəsi, eyni zamanda  vətənpərvər, cəsarətli bir gənc  və 1990-cı ildə Bakıda baş vermiş qanlı 20 yanvar faciəsi zamanı şəhid olduğunu söyləyib. O, Ü.Bünyadzadənin universitetin fəxri olduğunu bildirib.

Pedaqoji fakültənin III kurs tələbəsi Nərgiz Məmmədova Ü.Bünyadzadənin  həyatının qəhrəmanlıq, şərəfi özündə ehtiva edən məktəb olduğunu deyərək mərhumun ömür yolundan bəhs edib.

Çıxış edən şəhidin bacısı Könül Bünyadzadə qardaşı ilə bağlı xatirələrini danışıb.

O, ADU-nun rektou,  Milli Məclisin deputatı,  professor Səməd Seyidov başda olmaqla, universitet rəhbərliyinə Ü.Bünyadzadənin əziz xatirəsini həmişə uca tutduqlarına və daim xatırladıqlarına görə təşəkkürlərini bildirib.

Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxışında  Ü.Bünyadzadə timsalında digər şəhidlərimizin şücaət və qəhrəmanlıqlarından bəhs edib. O, Ülvi haqqında xatirələrdən söhbət açıb və şəhidin  ADU-da  təhsil alan hər bir tələbənin cəsarət nümunəsinə çevrildiyindən danışıb.

Tədbirdə Xətai rayonundakı 56 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Ü.Bünyadzadənin yazdığı şeirlər və şəhidin dilindən hekayələr dinlənilib, Ülvi Bünyadzadənin atası mərhum Yusif Bünyadzadənin oğlu ilə bağlı söylədiyi fikirlər səsləndirilib.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov