Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyabr 2014 - №38

 

Nobel mükafatı laureatı Azərbaycan Dövlət İqtisad Universitetinin qonağı olub

 

Böyütmək üçün şəkili seçinOktyabrın 1-də Nobel mükafatı laureatı Piter A.Daymond Azərbaycan Dövlət İqtisad Universitetində qonaq olub. Dünya şöhrətli iqtisadçı ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri ilə görüşüb.

Universitetin rektoru, professor Ədalət Muradov Nobel mükafatçısını bu təhsil ocağında görməkdən məmnun olduğunu bildirərək, cənab Daymondun elmdə əldə etdiyi nailiyyətlərdən danışıb. Sonra rektor Nobel mükafatı laureatı Piter A.Daymonda universitetin "Fəxri doktor" diplomunu təqdim edib.

Piter A.Daymond tədbirdə çıxış edərək İqtisad Universiteti ilə tanışlıqdan və universitetin "Fəxri doktor"u adına layiq görülməkdən məmnun olduğunu bildirib. Nobel mükafatçısı dünya iqtisadiyyatında, xüsusən də qlobal əmək bazarında gedən proseslərə münasibətini bildirib.

Diskussiya şəklində keçən görüşdə qonaq universitetin müəllim və tələbələrinin suallarını cavablandırıb.

Qeyd: Piter A. Daymond 1940-cı il aprelin 29-da anadan olub. Massaçusets Texnologiya İnstitutunun sosial təminat, təqaüdlər və vergi üzrə mütəxəssisi, professordur. 9 kitab, 132 elmi əsərin müəllifidir. ABŞ prezidenti Barak Obama onu Federal Ehtiyatlar İdarəsinin müdirlər şurasına üzv təyin edib. 2010-cu ildə "Axtarış müqavimətli bazarın təhlili" sahəsində uğurlarına görə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb. Ekspertlər iqtisadiyyat üzrə 2010-cu ilin Nobel mükafatı laureatlarını makroiqtisadiyyatın klassikləri hesab edirlər. 

Vüsalə MƏMMƏDOVA,
ADİU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov