Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

BMT-nin İnkişaf Proqramının rəhbəri "ADA" Universitetində mühazirə oxuyub

 

Oktyabrın 3-də BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark "ADA" Universitetində "2015-ci ildən sonrakı inkişaf gündəliyi və qlobal dayanıqlı inkişaf məqsədləri" üzrə mühazirə oxuyub.

AzərTAc xəbər verir ki, müvafiq qurumların, QHT təmsilçilərinin, Bakıdakı diplomatik korpusun nümayəndələrinin, tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə "ADA" Universitetinin rektoru Hafiz Paşayev açaraq Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışıb. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətini diqqətə çatdıran H.Paşayev "ADA" Universiteti haqqında məlumat verib və bugünkü tədbirin faydalı olacağına əminliyini vurğulayıb.

Sonra xanım Helen Klarkın mühazirəsi dinlənilib. Qonaq BMT-nin İnkişaf Proqramından və onun uğurlarından bəhs edib. Dünyanın ayrı-ayrı ölkələrinin sosial-iqtisadi inkişafına, təhlükəsizlik məsələlərinə toxunan H.Klark qlobal dayanıqlı inkişaf məqsədlərindən danışıb, tərəqqi üçün bu sahədə ölkələr arasında müsbət təcrübələri bölüşməyin, həmçinin sülh və əmin-amanlığın, ətraf mühitin qorunmasının vacibliyini diqqətə çatdırıb.

BMT ilə Azərbaycanın əməkdaşlığının səmərə verdiyini vurğulayan qonaq respublikamızın inkişaf edən ölkə olduğunu söyləyib. Bildirib ki, Azərbaycan da müxtəlif sahələrdə öz təcrübəsini digər ölkələrlə bölüşə bilər.

H.Klark "Minilliyin inkişaf proqramı" barədə məlumat verərək qeyd edib ki, proqramın məqsədi yoxsulluğun azaldılması, səhiyyə sisteminin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin artırılması və gender bərabərliyidir.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov