Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2014 - №39

 

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri uşaq evini ziyarət ediblər

 

Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup müəllimi və fəal tələbələri Qurban bayramı münasibətilə Quba şəhərində yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbini ziyarət ediblər. Müəllimlər uşaqlara ADİU haqqında ətraflı məlumat veriblər. Tələbələr isə seçdikləri ixtisas, onun gələcək perspektivləri barədə uşaqlarla fikirlərini bölüşüblər. Uşaqlar müəllim və tələbələrə bu ali təhsil ocağı haqqında onları maraqlandıran sualları ünvanlayıblar.

Sonra müəllim və tələbələr uşaqlarla bir yerdə müxtəlif intellektual və əyləncəli oyunlar keçiriblər. Sonda tələbələr uşaqlara oyuncaqlar, ərzaq, şirniyyat məhsulları və gigiyenik vasitələrdən ibarət bayram sovqatı təqdim ediblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov