Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub

 

Böyütmək üçün şəkili seçinXüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 16-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib.

Əvvəlcə dövlətimizin başçısı universitetin bitkilərin öyrənilməsi üzrə elmi-tədqiqat mərkəzinin fəaliyyətini əks etdirən sərgi ilə tanış oldu. Bildirildi ki, bu mərkəzdə bitkilərdən təbabətdə istifadə olunan müxtəlif müalicəvi vasitələr hazırlanır.

Prezident İlham Əliyevə ali təhsil ocağının kitab fondunda saxlanılan qədim əlyazmalar haqqında da məlumat verildi. Burada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan bir neçə əsərin orta əsrlərə aid əlyazmaları da var.

Sərgidə, həmçinin ümummilli lider Heydər Əliyev, Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon haqqında kitablar nümayiş olunur.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev haqqında tacik dilində çap olunmuş kitabı imzaladı.

Sonra tədbirdə çıxış edən Tacikistan Milli Universitetinin rektoru Mahmadyusuf İmomov dövlətimizin başçısının çoxşaxəli fəaliyyətindən danışdı və qeyd etdi ki, Elmi Şuranın qərarı ilə Azərbaycan Prezidentinə bu ali təhsil ocağının Fəxri Doktoru adı verilib. Rektor bildirdi ki, Elmi Şuranın qərarı ilə elm, təhsil, mədəniyyət və beynəlxalq əlaqələrin inkişafına, Azərbaycan və tacik xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinə böyük töhfələrinə görə Azərbaycan Prezidentinə universitetin Fəxri doktoru adı verilib.

Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra Fəxri Doktor diplomu və mantiyası Azərbaycan Prezidentinə təqdim olundu.

Dövlətimizin başçısı universitetin professor-müəllim heyəti və tələbələr qarşısında nitq söylədi.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov