Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Adı "Qızıl kitab"a yazılmış istedad

 

Leyla Zeynalova 2001-ci ildə Bakı şəhərində  anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VIII sinfində oxuyur.  Fortepiano ixtisası üzrə əməkdar müəllim  Dilarə Mirzəquliyevanın, skripka üzrə əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır. Təhsil illəri ərzində uğurları  az olmayıb. Festival və konsertlərdə, müxtəlif nominasiyalı müsabiqələrdə  qazandığı nailiyyətlərin bəhrəsidir ki, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin  8 oktyabr  2014-cü il tarixli Sərəncamı ilə Leyla Zeynalovanın adı gənc istedadların  "Qızıl kitabı"na daxil edilib və o, xüsusi aylıq təqaüdə layiq görülüb. 

İstedadı Azərbaycan Dövlət Flarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Musiqi Akademiyasında, Alman Mədəniyyət Mərkəzində, Kamera və Orqan zalında, Rəşid Behbudov adına Mahnı Teatrında, eləcə də Üzeyir Hacıbəyli, M.Rostropoviç,T.Salahov ev-muzeylərində dəfələrlə tamaşaçıları məmnun edib və alqışlarla qarşılanıb. Bir  neçə ay öncə  Rusiyanın Samara şəhərində keçirilən Baltikyanı ölkələrin IV Beynəlxalq  Uşaq Musiqi Akademiyasında Azərbaycanı uğurla təmsil edib.

Söhbət zamanı o bildirdi ki, ifaları mütəxəssislər tərəfindən çox bəyənilib, deyiblər ki, gələcəyin parlaq görünür. Əlbəttə, Azərbaycanın xalq artisti T.Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə  Azərbaycan Dövlət  Filarmoniyasında keçirilən mötəbər konsertlərdə dəfələrlə çıxış edən bu  yeniyetmə musiqiçinin hansı istedad sahibi olduğu barədə şübhə yeri qalmır. Qeyd edək ki, L.Zeynalovanın builki uğurları bununla bitmir. O, fevral ayında Estoniyanın Narva şəhərində keçirilən  X Beynəlxalq Şopen müsabiqəsində  10 Avropa ölkəsindən olan 65 iştirakçı arasında öz yaş qrupu üzrə  II yeri tutub. Aprel ayında isə Gürcüstanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən  "Gələcəyin ulduzları" adlı layihə çərçivəsində Tbilisi Dövlət Konservatoriyasının "Grand Hall" zalında solo proqramla çıxış  edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov