Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2014 - №40

 

Beynəlxalq müsabiqələr qalibi

 

Aytən İbrahimova 1997-ci ildə Bakı şəhərində  musiqiçilər ailəsində anadan olub. 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub. Hazırda  XI  sinif şagirdidir, skripka ixtisası üzrə professor, əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır. Dəfələrlə  məktəbdə və dövlət tədbirlərində iştirak edib.  Respublika və beynəlxalq səviyyəli  müsabiqələrdə uğurlar qazanıb. Azərbaycan  Dövlət Simfonik Orkestri və Dövlət Kamera Orkestri ilə dəfələrlə konsert verib.

Ulu öndər Heydər  Əliyevin 85 və 90 illik yubileylərinə həsr olunmuş (2008 və 2013-cü illərdə) I və II respublika müsabiqələrində iştirak edərək laureat adına və  Qran-pri mükafatına layiq görülüb. 2009-cu ilin dekabrında Alman-Azərbaycan Mədəniyyət  Mərkəzi olan Kapelxausda solo konsert verib. Həmin il adı  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi tərəfindən təşkil olunan  "İstedadlı uşaqlar " siyahısına 10 uşaqdan biri kimi daxil edilib. 2010-cu ilin aprelində Nazim Əliverdibəyov adına V Ümumşəhər müsabiqəsində Qran-pri mükafatını, 2012-ci ilin  aprelində isə Gənclər və İdman Nazirliyi, Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə İslam  ölkələri arasında keçirilən I beynəlxalq  müsabiqədə I yeri (laureat), həmin ilin  mayında Moskva şəhərində dünya şöhrətli skripkaçı Vladimir Spivakovun fondu tərəfindən  təşkil olunmuş  "Moskva dostları qarşılayır" adlı beynəlxalq festivalda  laureat adını qazanıb. 2013-cü ildə Belçikada keçirilən 15 ölkənin nümayəndələrinin iştirak etdiyi "Bravo"" adlı  VI beynəlxalq  müsabiqədə I yeri  tutaraq Azərbaycanı yüksək səviyyədə təmsil edib.

Beynəlxalq müsabiqə və festivallarda ölkəmizi uğurla təmsil edən, çoxlu sayda diplom və mükafatlar sahibi olan Aytən İbrahimovanın adı Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyevin  8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə  Azərbaycanın gənc istedadlarının  "Qızıl kitabı"na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb.

Gənc istedad  inamla söylədi ki, öz üzərində daha məsuliyyətlə çalışaraq yeni uğurlara imza atacaq.   

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov